Aroyan sərsəmlədi: “İki fəthimiz var – biri Qarabağ, digəri…”

“Fikrimcə, bizim yeni Ermənistanın tarixində, Sovet İttifaqından sonra iki fəthimiz var: Qarabağ və şahmat”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-a qaçan erməni şahmatçı Levon Aronyan deyib.

O iddia edib ki, bunlar dünya miqyasında nailiyyətlər (dünya Qarabağın zəbt edilməsini işğal faktı kimi tanıyırdı – red.) idi.

“Ermənistanı tərk edib ABŞ-a getdim, çünki ölkəmdə şahmata və şahmatçılara ciddi yanaşmırlar. Çempionluqlar qazanmış komandamıza qarşı elə rəftar etdilər ki, guya korrupsiyada əlimiz var. Mənim üçün oturub izahat vermək gülünc olardı.

Məncə, bizim millətin əsas problemi qruplaşmadır. Bu onlardandır, o biri başqalarındandır, digəri Qarabağdan və ya Gümrüdəndir. Bu, böyük problemdir”, – Aroyan qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az