Armen Qriqoryan ABŞ-a gedir

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtona səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurası məlumat yayıb.

Onun ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və digər rəsmilərlə görüşləri nəzərdə tutulub.

Səfər çərçivəsində Vaşinqton və İrəvan arasında ikitərəfli əməkdaşlığın müzakirə ediləcəyi bildirilib.

Ayşən Mustafa
Globalinfo.az