Arif Hacılının oğlu həbs edildi – VİDEO

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı həbs edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Arif Hacılı özünün Feysbuk profilində məlumat verib:

“Oğlumu həbs etdilər.

Haqqında məlumat verilən qəza hadisəsində toqquşan avtomobildə olan sürüсünün xəsarət almasını sənədləşdirmək cəhdləri baş tutmadıqdan və hadisənin üzərindən 20 gün keçdikdən sonra yeni “zərərçəkən” tapıblar.

Guya kimsə yoldan keçərkən bu qəza nəticəsində xəsarət alıb.

Halbuki özlərinin yaydığı videogörüntüdə də orada başqa kimsənin olmadığı aydın görünür”.

Arif Hacılı məsələni siyasiləşdirərək, “Mübarizəni özümüzlə aparın. Ailə üzvlərimizlə, övladlarımızla deyil”, – deyə bildirib .

Qeyd edək ki, Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı. O, “Honda” markalı avtomobillə manevr edəndə bir neçə avtomobilə çırpılmışdı.