Arif Babayev Bakıya gətirildi – son durumu açıqlandı

Arif Babayev Bakıya gətirildi - son durumu açıqlandı

Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya gətirilib.

Globalinfo.az xəbər verir ki, bu haqda Teleqraf-a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

O, Arif Babayevin Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib: “Hazırda vəziyyəti stabildir”.

***

Səhhəti ağırlaşdığına görə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən xalq artisti Arif Babayev Bakıya yola salınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

Bildirilib ki, muğam ustası xüsusi ambulansla, təcili yardım həkimlərinin müşayiətilə paytaxta gətirilir.

“Qax Rayon Mərkəzi Xəstəxanasında bir gün qalıb. Lazımi müalicələrə baxmayaraq vəziyyətində irəliləyiş olmayıb. Hazırda səhhəti ağır stabil olaraq qalır. Huşu aydın deyil. Mərkəzi Gömrük Hospitalına aparılır”, – A.Babayevin yaxınları söyləyib.

***15:40

23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub.

“Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.

Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır” – qurumdan qeyd edilib.

***14:40

Xalq artisti, professor Arif Babayevin vəziyyəti ağırlaşıb.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya onun oğlu Yaşar Babayev məlumat verib.

Oğlunun sözlərinə görə, Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

O bildirib ki, Xalq artistinin Təcili Tibbi Yardım maşını ilə Bakıdakı xəstəxanalardan birinə gətirilməsi üçün hazırlıq işləri görülür.