Arda Gülerin “Real Madrid”dəki gəliri açıqlanıb.
Globalinfo.az xəbər verir ki, türkiyəli gənc futbolçu “Kral klubu”nda ildə 8 milyon avro qazanacaq.
Bu, “Fənərbaxça” klubundakı bütün oyunçuların illik maaşından çoxdur.
Qeyd edək ki, Arda Güler transferdən öncə “Fənərbaxça”da ildə 350 min avro qazanırdı.














