UEFA Millətlər Liqasının VI turunda Monteneqroya 3:1 məğlub olan Türkiyə millisinin gənc oyunçusu Arda Gülər xalqdan üzr istəyib.
Globalinfo.az xəbər verir ki, Güler məlubiyyətə görə bütün komandanın kədərli olduğunu bildirib.
“Danışacaq çox şey yoxdur. Məğlub olduq, komanda olaraq çox kədərliyik, xalqımızdan üzr istəyirik. Avstriya ilə oyunda da məğlub olmuşduq, lakin sonra yaxşı dönüş etmişdik. İnşallah artda pley-off oynayıb, A Liqasına vəsiqə qazanmağa çalışacağıq. Hakan Çalhanoğlu komandanın əsas oyunçularındandır, kapitanımızdır. O olsaydı, fərqli oyun oynayacaqdıq. Lakin olmadı, qalan hamımız əlimizdən gələni etdik”, – ulduz futbolçu deyib.
Qeyd edək ki, aktivində 11 xalı olan Türkiyə millisi növbəti mərhələyə yüksəlib. Monteneqro isə üç xalla qrupun sonuncusu olub. Məğlubiyyətdən sonra Türkiyə millisinin baş məşqçisinin dəyişdirilməsi üçün müzakirələrin başladığı iddia edilir.
Əliyar Xəlil
Globalinfo.az














