Premyer Liqa: “Araz-Naxçıvan”dan çətin qələbə, “Neftçi”dən uğursuz nəticə…

Premyer Liqa: "Araz-Naxçıvan"dan çətin qələbə, "Neftçi"dən uğursuz nəticə...

Premyer Liqanın II turunda daha bir görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, “Neftçi” klubu “ASCO Arena”da “Səbail”in qonağı olub.

Qarşılaşmada 2 qol vurulsa da, qalib müəyyənləşməyib. “Neftçi” komandasından 24-cü dəqiqədə Yuri Matias rəqib qapısına yol tapıb. “Səbail”in heyətində isə Dmitro Litvin (48) fərqlənib.

***

Azərbaycan Premyer Liqasının II turunda daha bir qarşılaşma baş tutub.

Globalinfo.az xəbər verir ki, “Araz-Naxçıvan” klubu “Liv Bona Dea Arena”da “Şamaxı”nı qəbul edib.

Görüş Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 59-cu dəqiqədə Ramon Maçado fərqlənib.