“Araz-Naxçıvan” “Kəpəz”ə qalib gəldi

“Araz-Naxçıvan” “Kəpəz”ə qalib gəldi

Azərbaycan Premyer Liqasında VI tur start götürüb.

Globalinfo.az xəbər verir ki, turun ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib.

“Araz-Naxçıvan”  öz meydanında “Kəpəz”lə qarşılaşıb və minimal hesablı qələbə qazanıb – 1:0. Naxçıvan təmsilçisinə qələbə qazandıran qola 76-cı dəqiqədə Bernardo Diaş imza atıb.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 14-də və 15-də keçiriləcək.