Politoloqdan Araik Arutyunyanla bağlı TƏKLİF

“Ermənistanla sərhəddə Laçın yolunda nəzarət buraxılış postu qoyulduqdan sonra Ermənistan vətəndaşlarının Azərbaycan ərazisinə sərbəst giriş-çıxışının qarşısı alındı”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan bu yoldan hərbi məqsədlər üçün istifadə edərək yeni təxribatlara hazırlaşırdı:

“Ermənistan tərəfi öz istiqamətində nəzarət buraxılış məntəqəsi qurub. Bununla Ermənistan öz vətəndaşlarının Qarabağa keçidinə imkan verməyəcək.
Məhz Azərbaycan Laçın yoluna nəzarəti bərpa etməklə, İrəvanın planının qarşısını qətiyyətlə almış oldu. Türkiyədəki seçkilərdən əvvəl Laçın yolunda NBM-in qurulması strateji cəhətdən Azərbaycanın növbəti perspektivdə mövqeyinin güclənməsinə gətirəcək.

Qeyd edim ki, Xankəndidə oturan separatçıların Ermənistana sərbəst giriş-çıxışının qarşısının alınması labüddür. İlk növbədə Azərbaycan separatçıların rəhbəri Araik Arutyunyanı beynəlxalq axtarışa verib. Onun barəsində İkinci Qarabağ müharibəsində ölkəmizə qarşı hərbi cinayətlərinə görə iş açılıb. Araik Arutyunyan NBM-dən keçdikdə onun saxlanması reallaşmalıdır. Əks təqdirdə cəzasızlıqdan istifadə edərək Xankəndidə ölkəmiz əleyhinə təxribatlarını davam etdirəcək”.

Turan Rzayev
Globalinfo.az