Ağamiridən Rəisinin ölümü ilə bağlı gözlənilməz TƏLƏB

“İran Prezidenti İbrahim Rəisinin ölümü qəsdən hazırlana bilər”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Qum əyalətinin başçısı Məhəmməd Ağamiri deyib.

O, Tehran İslam Şurasının iclasında bu məsələyə üstü örtülü şəkildə işarə edib.

Ağamiri ölkənin məhkəmə və təhlükəsizlik qurumlarını bunu araşdırmağa səsləyib:

“Bəlkə də bu hadisə təkcə hava şəraiti ilə bağlı deyil. Bunu araşdırın!”, – deyə Qum əyalətinin başçısı vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az