“ABŞ-la danışıqların yeni raundu yalnız qarşı tərəf ədalətli, balanslaşdırılmış və qarşılıqlı faydalı nüvə razılaşmasına hazır olduqda mümkün olacacaq”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.
XİN başçısı danışıqların yarımçıq qalmasında Tehranın deyil, Vaşinqtonun günahkar olduğunu bildirib:
“Üç Avropa ölkəsinin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) xarici siyasət komissarı ilə birgə videokonfrans keçirdim. Görüşdə bir neçə məqamı açıqladım:
-İki il ərzində əldə olunan və 2015-ci ildə Aİ tərəfindən koordinasiya edilən razılaşmadan İran deyil, ABŞ çıxdı.
-Bu ilin iyununda danışıqlar masasından uzaqlaşan da İran deyil, ABŞ-ın özü idi.
Avropa ölkələri proseslərdə rol oynamaq istəyirlərsə, məsuliyyətlə hərəkət etməli və köhnəlmiş təhdid və təzyiq siyasətindən əl çəkməlidirlər”.
Əliyar Xəlil
Globalinfo.az














