Araqçı təhdid etdi: “İsrail nüvə obyektlərimizi vursa…”

Araqçı təhdid etdi: "İsrail nüvə obyektlərimizi vursa..."

“İran ABŞ-ın bölgədəki bütün hərbi bazalarını diqqətlə izləyir”.

Globalinfo.az xəbər verir ki. bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.

O bildirib ki, İran ABŞ-ın İordaniyadakı bazası ilə bağlı məlumatları bu ölkənin hakimiyyəti ilə bölüşür.

Araqçı İranın regionda müharibəyə son qoymağa sadiq olduğunu bildirib. Qeyd edib ki, sülhə nail olmaq üçün müxtəlif yollar mövcuddur.

“Atəşkəslə bağlı qərar Livan hökumətinə aiddir və İran buna kömək etməyə hazırdır. Bütün region ölkələri İsrailin İrana, xüsusən də nüvə obyektlərinə hücumu ilə razılaşmadığını bildirib. Amma İsrail hücum etsə, eyni şəkildə cavab verəcəyik. Nüvə obyektlərinə hücum ciddi beynəlxalq cinayətdir. Birləşmiş Ştatlar beynəlxalq qaydalara əməl etmir, lakin İran mümkün təhdidlərə cavab verməyə hazırdır və özünümüdafiə vasitələri və üsullarına malikdir. Onlar bizim nüvə obyektlərimizə hücum etsələr, hansı cavabın veriləcəyini bilirlər”, – deyə Araqçı vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az