Abbas Araqçı Vladimir Putinə Ali Xameneinin məktubunu təqdim edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran XİN teleqram kanalında məlumat yayıb.
Görüşdə Araqçı Tehranla Moskva arasında ikitərəfli əlaqələrin hər sahədə gücləndirilməsi və genişləndirilməsi yönündəki qərarlılığını vurğulayıb. Tərəflər nüvə məsələləri, Ukrayna münaqişəsi və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
***
19:20
Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan İran XİN başçısı Abbas Araqçı ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb.
“Putin bu gün Kremldə Moskvada səfərdə olan İranın xarici işlər naziri Abbas Araqçını qəbul edib”, – o bildirib.
Qeyd edək ki, Abbas Araqçının Moskvada bir sıra görüş keçirməsi planlaşdırılıb.
Aysel Əliyeva
Globalinfo.az














