Araikin müsahibəsi İrəvanı qarışdırdı – “O bu sirləri açacaq”

Bakıda həbsdə olan keçmiş qondarma rejimin “lideri” Araik Arutyunyanın AzTV-yə müsahibəsi Qarabağdan Ermənistana köçən separatçılar arasında ciddi narahatlığa səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr yazır ki, separatçı “lider”in müsahibəsində verəcəyi məlumatların, səsləndirəcəyi fikirlərin erməni xalqı üçün ağır nəticələri ola bilər.

Erməni KİV-in məlumatına görə, İrəvanda Arutyunyanın Qarabağ müharibələrində Ermənistanın birbaşa iştirakı ilə bağlı sirləri açacağı barədə narahatlıqlar var.

Xatırladaq ki, A.Arutyunyanın AzTV-yə müsahibəsi “Antiterror” sənədli filminin tərkibində matın 28-i nümayiş olunacaq.

Ayşən Mustafa
Globalinfo.az