Arutyunyan Vardanyanı qızına görə “vəzifədən” qovub – ŞOK/VİDEO

Arutyunyan Vardanyanı qızına görə “vəzifədən” qovub - ŞOK/VİDEO

***
10:14

Separatçı “lider” Araik Arutyunyan yaxın vaxtlarda qızına toy edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı erməni mediası yayıb.

Arutyunyanın qızının Əsgəran rayon “xilasetmə xidmətində” işləyən şəxslə nişanlı olduğu bildirilib.

Məlumata görə, Arutyunyan qızının toyunu 2022-ci ilin oktyabr ayında etməyi planlaşdırsa da, mərasim təxirə salınıb.

Erməni mediasının yaydığı daha bir məlumata görə isə Ermənistan rəsmilərinin də iştirak edə bilməsi üçün Araik toyu İrəvanda keçirməyi düşünüb.

“Bundan başqa, rəsmilər Xankəndiyə gələ bilmirlər, ona görə də Arutyunyan Laçın yolunun açılması üçün hər şey edir ki, nəticədə qızına Xankəndidə toy edə bilsin”, – erməni KİV bildirib.

Qeyd edək ki, Araik dünən Ruben Vardanyanı “istefaya” göndərib. Mənbələrin məlumatına görə, o məhz Bakının və azərbaycanlı ekofəalların Laçın yolundakı təzyiqi nəticəsində “vurulub”.

Zaira Akifqızı
Globalinfo.az