Araik Qarabağdan qaçmağa hazırlaşır: arvadı ərizə yazdı, qızı…

Separatçıların başçısı Araik Arutyunyan Qarabağdakı biznesindən yaxa qurtarmağa çalışır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Pastinfo” nəşri yazıb.

Belə ki, son günlər Araikə məxsus inəklərin kütləvi şəkildə kəsilməsinə başlanıldığı bildirilir.

Nəşr qeyd edir ki, onun böyük qızları ailələri ilə birlikdə çoxdan Qarabağı tərk ediblər, regionda təkcə arvadı və kiçik qızı qalıb.

Araikin müvafiq fəaliyyətləri onun bölgədən qaçmağa hazırlaşdığına işarədir.

Xatırladaq ki, bir müddət əvvəl Araik Arutyunyanın arvadının işdən çıxmaq barədə ərizə verdiyi, kiçik qızının isə Xankəndidə təhsil aldığı məktəbdən çıxdığı bildirilmişdi.