
Avropa İttifaqı (Aİ) Rusiya Mərkəzi Bankının Belçikada dondurulmuş təxminən 200 milyard avro ehtiyatının müsadirə edilməsi imkanını nəzərdən keçirir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
“Avropalı siyasətçilər nağd pul çatışmazlığı ilə üzləşdiklərinə görə bu addımı atırlar. Onar həm də bunu Ukraynaya kömək yolu kimi görürlər”, – deyə nəşr qeyd edib.
Məlumata görə, təşəbbüsü ilk dəstəkləyən Latviya Bankının sədri Martins Kazaks olub və bunu məqsədəuyğun variant adlandırıb.
Lakin bəzi Avrosistem rəsmiləri müsadirəni son dərəcə qəbuledilməz qərar sayırlar:
“Aİ-nin bu cür hərəkətləri yalnız gərginliyi artırır və qanunsuzdur. Rusiya tərəfi dəfələrlə belə bir siyasətin nəticələrini bəyan edərək, onun yolverilməzliyini qeyd edib”.
Günay Rəsulqızı
Globalinfo.az