Araik hərəkətə keçdi: Xankəndidə görün nələr baş verir – VİDEO

***12:56

“Araik Arutyunyan son addımları ilə Paşinyana sədaqətini nümayiş etdirməyə və situasiyanın tam nəzarətində olduğunu göstərməyə cəhd edir”.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Qəzet ötən gün Arutyunyanın istefaya göndərdiyi “milli təhlükəsizlik xidməti” “rəhbər”i Aşot Akopcanyanın Vardanyanın yaxın dostu olduğunu və onun qohumunun “dövlət nazirinə” “müşavir” təyin edildiyini bildirib:

“Qarabağdakı siyasi dairələr Vardanyanın istefasına mane olsalar da, şayiələrə görə, onun istefası Ermənistandan tələb edilirdi. Lakin Akopcanyanın qovulması ilə Arutyunyan Paşinyanın dəstəyini qazanmağa çalışır və Vardanyanın İrəvana loyallığını nümayiş etdirməyənə qədər digər rıçaqlardan da məhrum ediləcəyi mesajını verir”.

Bununla belə, qəzet Akopcanyanın yerinə gətirilən “Çolka” ləqəbli Ararat Melkumyanın Arutyunyanın yaxın dostu olduğunu yazıb.

“Təhlükəsiz Şurasına” təyin edilən Samvel Şaxramanyana gəlincə isə onun Paşinyana qarşı mövqedə dayandığı qeyd edilib.

Aqşin
Globalinfo.az