Araik getdi, Xankəndidə ilk bu dəyişdi – YENİLİK

Araik getdi, Xankəndidə ilk bu dəyişdi - YENİLİK

“Araik Arutyunyanı kreslosundan yenicə qoparmaq mümkün olub, lakin artıq Qarabağda talonlarla çörək paylanılmasına başlanılıb. Bu, çoxdan edilməli idi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Karen Vrtanesyan deyib.

O bildirib ki, Araik “son dəfə də qarət edim, gedərəm” düşüncəsində olub.

K.Avetisyan iddia edib ki, 2020-ci ilin noyabr-dekabr aylarında Nikol Paşinyan hakimiyyətdən getsəydi, Ermənistan indi daha güclü olardı:

“Bu və ya digər şəkildə Qarabağda daxili-siyasi vəziyyət gərgin olaraq qalır. Çünki indi də Samvel Babayan vəziyyətdən istifadə etmək istəyir”.

Tamerlan Yayaqan
Globalinfo.az