heyder eliyev 2

Vüqar Sərdarovun Ümummili lider Heydər Əliyevə həsr olunmuş “Əvəzsiz lider” adlı kitabı işıq üzü görüb.

Globalinfo.az xəbər verir ki, kitab Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunub.

“Əvəzsiz lider” kitabının ayrı-ayrı fəsillərində, Heydər Əliyevin sovet dövrü və müstəqillik dönəmində Azərbaycana rəhbərlik etdiyi illərə aid hissələr yer alıb.

Kitabın elmi redaktoru Milli Məclisin deputatı, akademik, Əməkdar elm xadimi Rafael Hüseynov, ön söz müəllifi isə Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Orucdur.

Qeyd edək ki, Vüqar Sərdarov mərhum millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından, tarix elmləri doktoru Zakir Sərdarovun oğludur.

WhatsApp Image 2023 04 18 at 12.21.08 WhatsApp Image 2023 04 18 at 12.21.09

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: