Ankarada şəhidlərlə vida mərasimi keçirildi – VİDEO

Ankarada şəhidlərlə vida mərasimi keçirildi - VİDEO

GürcüstanAzərbaycan sərhədində qəzaya uğrayan “C-130” tipli hərbi yük təyyarəsində şəhid olan 20 əsgərlə Mürtəd Hava Bazasında keçirilən vida mərasimi başa çatıb.

Globalinfo.az xəbər verir ki, şəhidlərin nəşləri dəfn olunmaq üçün mərasimdən sonra doğma yurdlarına yola salınıb.

***10:23

Türkiyənin Ankara şəhərində təyyarə qəzasında şəhid olan 20 hərbçi ilə vida mərasimi keçirilir.

Globalinfo.az bildirir ki, vida mərasimində Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmiləri iştirak edir.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.

Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub. Gürcüstan və Türkiyə aidiyyəti qurumları tərəfindən birgə istintaq və texniki araşdırma davam etdirilir.