Ankarada Rəsulzadənin məzarı ziyarət edildi – FOTO

Ankarada Rəsulzadənin məzarı ziyarət edildi - FOTO

Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.

Globalinfo.az bildirir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin “X” hesabında məlumat paylaşılıb.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, görkəmli ictimai-siyasi xadimin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri, çələng qoyulub.