Ankara Rusiya ilə bağlı yayılan bu məlumatları təkzib etdi

Ankara Rusiya ilə bağlı yayılan bu məlumatları təkzib etdi

Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi Rusiyadan Türkiyəyə qaz tədarükünün tam plan üzrə və fasiləsiz davam etdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, mərkəzin “X” (keçmiş “Twitter”) hesabındakı paylaşımda bəzi media qurumlarında yayılan Türkiyənin ABŞ-la LNG tədarükü müqaviləsi imzaladığı və bu səbəbdən Rusiya qazının alışının dayandırılacağı iddialarının həqiqətə uyğun olmadığı vurğulanıb.

Qurum bu məlumatları “dezinformasiya” adlandırıb.

Açıqlamada həmçinin qeyd olunub ki, Rusiya ilə Türkiyə arasında uzunmüddətli müqavilələr mövcuddur və Moskva bu öhdəliklər çərçivəsində Ankaraya qaz tədarükünü problemsiz davam etdirir.

Tahir Turan
Globalinfo.az