68178af5f9612a0a852591e2

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Şimali Kipr Türk Cümhuriyyəti Prezidenti Ersin Tatarla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında açıqlama yayıb.

Yılmaz paylaşımında bildirib:

“ŞKTC Prezidentlik Kompleksində cənab Prezident Ersin Tatar ilə bir araya gəldik. Ada tarixində iz qoyacaq, ŞKTC-nin institusional dövlət strukturu üçün əhəmiyyətli töhfələr verəcəyinə inandığımız bu layihələrin Kipr türkü qardaşlarımıza və ŞKTC-yə bir daha xeyirli olmasını arzu edir, inşasında əməyi keçən hər kəsi səmimi-qəlbdən təbrik edirəm”.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: