“Azərbaycanda qəbul edilən qərarları şərh edə bilmərəm”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Qarabağda özünü buraxmış qondarma rejimin sonuncu lideri Samvel Şahramanyan deyib.
“Haqqımda niyə həbs qərarının verilmədiyini bilmirəm. Düşünürəm ki, zamanla bunun cavabını alacağıq”, – o bildirib.
Qeyd edək ki, S.Şahramanyan 2023-cü ilin 28 sentyabrında qondarma qurumun özünü buraxması haqda “sərəncam” imzalayıb. Daha sonra isə helikopterlə Qarabağdan qaçıb.
Əliyar Xəlil
Globalinfo.az