Andresyan: “Zelenski İrəvanda həbs oluna bilər”

“Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistana səfəri zamanı həbs oluna bilər”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Edik Andresyan deyib.

O qeyd edib ki, Ukrayna prezidenti İrəvanda hüquq-mühafizə orqanları tərəfindən həbs oluna bilər:

“Baş nazir Nikol Paşinyan britaniyalı jurnalistə verdiyi müsahibədə Rusiya prezidentinin Ermənistana səfəri zamanı həbs olunma ehtimalı ilə bağlı məsələyə münasibət bildirmişdi. Xatırlayın, Paşinyan bu məsələyə onun baxmadığını, hüquq-mühafizə orqanlarının məşğul olduğunu demişdi. Baş nazir dedi ki, buna onlar qərar verir. Volodimir Zelenski Paşinyanın müsahibəsini dinlədi və düşündü ki, baş nazirin Putini həbs etməyə cəsarəti çatmırsa, onu necə həbs etsin?

Onu da qeyd edək ki, Zelenskinin Ermənistanda həbsi ilə bağlı nəinki erməni hüquq-mühafizə orqanlarının əməkdaşları, hətta Ermənistanda fəaliyyəti hələ heç kim tərəfindən qadağan olunmayan Rusiya Federasiyasının xüsusi xidmət orqanları da qərar verə bilər”.

Ayşən Mustafa
Globalinfo.az