Mələyin durumu müsbətə doğru gedir, yaraları sağalır.
Globalinfo.az xəbər verir ki, bu barədə Teleqraf-a “Azərbaycan Uşaqlar Birliyi”nin rəhbəri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə uşağın özünün psixoloji durumu ilə bağlı gözləntilər bu tezlikdə özünü doğrultmayacaq.
“Artıq gecə yuxuları, qarabasmalar, qışqırıb oyanmalar başlayıb. Gün ərzində daxili sakitlik baş versə də, gecə yenə də narahatlıqlar olur.
Artıq bu həftədən həm psixiatra, həm də nəfəs almasında çətinliklər olduğundan burun-boğaz həkiminə gedəcək”, – deyə o əlavə edib.
O həmçinin bu gün qan testlərinin veriləcəyini bildirib.














