Anar Vəziroğlu: “Elzanın tüpürcəyi nə zamandan şirin olub?!”

Anar Vəziroğlu: “Elzanın tüpürcəyi nə zamandan şirin olub?!”

Globalinfo.az tanınmış jurnalist, filologiya üzrə fəlsəfə doktoru Anar Vəziroğlu ilə müsahibəni təqdim edir:

– Anar bəy, kifayət qədər tanınmış simasınız və tez-tez efirlərə dəvət olunursunuz. Bu gün TV-lərdə həm gülməli, həm də ağlamalı hadisələr yaşanır. Məsələn, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Elza Seyidcahanın tüpürcəklə bağlı “şeiri” ictimaiyyətdə narazılıq yaratdı. Belə bir “şeirlərin” efirlərdə səsləndirilməsinə necə baxırsınız?

– Biri var ki, bu adam konkret şair ola, biri də var şairliklə əlaqəsi olmaya. Elza Seyidcahanın şair olmadığını hər kəs yaxşı bilir. Bu xanımın dedikləri kəllə-mayallaqdır. Yaxşı, E.Seyidcahan nə dediyini bilmir, efirlərə nə gəlib ki, onu dəvət edib, “şeir” deməsinə şərait yaradırlar? Maraq nədir də?! Bilirlər ki, Elza Seyidcahan ağzına gələni yazacaq, bunlar da dedi-qodu yaradacaqlar.

– Elza Seyidcahan AYB-yə üzv olunmalı idimi?

– Bilirsiniz, AYB-nin 1800 üzvü var. Hər kəs Anar Rzayevin və Çingiz Abdullayevin üzərinə getdi ki, qəbul etməməli idilər. Düz danışmaq lazımdır. Orada olan üzvlərin hamısı bəyəm səviyyə baxımından Elza Seyidcahandan yüksək və ya aşağıdır? Orada hər cür insan var, biri də Elza olsun!

– Elza Seyidcahan deyir ki, “tüpürcəyim baldır mənim” adlı “şeirində” bir qəbahət yoxdur.

Anar Vəziroğlu: “Elzanın tüpürcəyi nə zamandan şirin olub?!”

– Tüpürcək nə vaxtdan şirin olub, ağıza düşməlidir? Ağızdan çıxdıqdan sonra kiminsə sifətinə düşür. Bu, təhqirdir, başqa adı da yoxdur.

– Bəstəkar elə düşünür ki, onun səsləndirdiyi “şeirləri” oxucular dərk etmir. Həm də buna dini prizmadan yanaşmanı təklif edir.

– Şeirin bir dili olur. Tüpürməyin başqa versiyası da mövcuddur? Əgər kiməsə ünvanlayıbsa, desin ki, bəli, mən bunu filan kəs üçün yazmışam. Amma dinin, fəlsəfənin üzərinə atmaq lazım deyil. Bunun bir adı var – ədəbsizlik!

– Elza Seyidcahan gündəmdə qalmağı bacarır amma…

– Onu biz şişirdirik. O kiməsə tüpürür, camaatda yapışır ki, E.Seyidcahan belə dedi, elə dedi.

– Bu məsələdə tanınmış yazıçı Əkrəm Əylislini Elza Seyidcahanla müqayisə edirlər.

– 30 il bundan əvvəl Əkrəm Əylisli yerində olmayan bir söz dedi. O, yazıçıdır, söz deyə bilər. Amma bir vətəndaş olaraq öz ölkəsi haqda mənfi danışmalı deyildi. Ə.Əylisli böyük bir səhvə yol verdi deyə, əlindən “Xalq yazıçısı” fəxri adı alındı. Bu o demək deyil ki, Əkrəm Əylisli yazıçı deyil. Məsələn, jurnalisti işdən çıxara, işlədi qəzet, sayt, TV bağlana bilər, lakin jurnalist yenə də jurnalist olaraq qalır, hər kəs onu elə tanıyır.

– Anar bəy, sosial şəbəkələrdə sizin qardaşınız Baba Vəziroğlu ilə münasibətinizin olmadığı yazılır. Bu, nə dərəcədə doğrudur?

– Bu, cəfəngiyatdır. Mənim özümə də ağızlarına gələn şərhləri yazırlar. Onlar öz səviyyələrini göstərirlər. Elələri tərbiyə görməyən adamlardır. Qardaşımla münasibətim çox gözəldir. Hər kəsin öz evi, öz ailəsi var. Hər gün evinə getməliyəm?! Lazım olanda evə də gəlir, evinə də gedirəm, haradasa oturub çay da içirik və s. Sabah kitab təqdimatı olacaq və mən qardaşımın yanında olacam. Desələr ki, Anar Babanın yanında danışa bilmir, razıyam! Qardaşım olan məclisdə mən danışmıram. Zamanında Səməd Vurğunu hoydu-hoyduya götürdülər, ondan sonra oğluna, ardınca qızına keçdilər. Bekar adamlar həmişə belə olub. Ən yaxşısı onlara cavab verməməkdir.

– Sizin haqqınızda daha çox kimlər yazır?

– 17 il Sosial İqtisad kollecində dərs demişəm. Haqqımda olmayan şeyləri yazanların əksəriyyəti 2 yazdığım tələbələrimdir.

– Anar Vəziroğlu hazırda nə işlə məşğul olur?

– Özüm Addım.az saytının rəhbəriyəm. Elmi iş üzrə müdafiəyə hazırlaşıram, bundan başqa universitetə tələbə hazırlayıram və xırda işlərim var.

– Anar bəy, zəmanə adamısınız, yoxsa köhnə fikirli biri?

Koroğlu" dastanını tənqid etdi: "Deyir qarşıdan iki bacı gəlir, biri... " - VİDEO

– Müharibədən, qələbədən əvvəl köhnə fikirli idim. Elə bilirdim ki, indiki gənclərə etibar yoxdur. Lakin həmin oğullar gedib Qarabağda can qoyanda fikrim dəyişdi. Hətta bu fikrimə görə efirdə üzr istədim. Çünki güvənmədiyimiz gənclər hər birimizin həyatını dəyişdi, torpaqlarımızı düşməndən azad etdi.

– Bir neçə gün öncə Gürcüstanda LGBT təbliğatını və cinsiyyətinin dəyişdirilməsini qadağan edən qanun qəbul edilib. Sizin bu məsələlərə münasibətiniz necədir?

– Bilirsiniz, Avropada, Fransada olan biabırçılıqları biz təlqin etməli deyilik. Belə məsələlərə öz mentalitetimizə uyğun baxmalıyıq. Bu gün oğlan oğlanla evlənir, qız da qızla. Eyni cinsin nümayəndəsi necə bir yatağı həmcinsi ilə bölüşə bilər?! Hələ bunları dəstəkləyənlər də deyirlər ki, öz həyatlarıdır, düz edirlər. Belə bir şey Azərbaycanda geniş yayılarsa, mütləq hökumətlə əl-ələ verib bunun qarşısını almalıyıq. Hazırda bizdə də Baboşlar, Bayramlar kimi qızbacılar var. Nə kişi cərgəsində kişidilər, nə də qadın kimi qadın. Sadəcə, əməliyyatlarla, geyimlə, makiyajla xanımları geridə qoyublar. Bunlar hamısı ilbizlərdir. Şotlandiyada çılpaq adam görəndə onu lənətləyirdilər. Azərbaycanda isə lütlənib çıxana “əladı”, “dəbdir” deyib, dəstəkləyirlər. Ayıb bilmək lazımdır!

– Oxuculara nə arzu edərdiniz?

– Bütün xalqıma savadlı olmağı arzu edirəm! Hər kəs savadlanmalıdır. Öz oğluma da deyirəm, təhsil ona görə lazımdır ki, sabah kiminsə qapısında fəhlə işləyəndə heç olmasa hesabı biləsən. Savad olan yerdə qeybət olmur, çatışmayan hərəkət olmur.

Zaira Akifqızı
Globalinfo.az