6a59c95abc9553cbdc4ff24b0ebfc743 45552 38

***09:00

Ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin işdən çıxarılması ilə bağlı məlumat yayılıb.

Globalinfo.az xəbər verir ki, “Unikal” məlumatı dəqiqləşdirmək üçün qurum rəsmisi ilə əlaqə saxlayıb.

A.Nəcəfli isə “yollarla bağlı sorğunuz varsa, buyurun”, – deyə bildirib.

Əldə etdiyimiz məlumata görə, Anar Nəcəflinin işdən çıxarılması iddiaları həqiqəti əks etdirmir.

Diqqətçəkən məqam onun dünən xəbərlər yayıldığı ərəfədə də sosial şəbəkədə qurumla bağlı paylaşımlara davam etməsidir. Bu fakt da A.Nəcəflinin vəzifəsinə davam etdiyini göstərir.

WhatsApp Image 2026 08 20 at 09.54.58

Paylaş: