Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli vəzifəsindən azad edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Gununsesi.info məlumat yayıb.
Bildirilir ki, Anar Nəcəfli artıq AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışmır.
Onun vəzifədən azad edilməsinin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.
Diqqətçəkən məqam A.Nəcəflinin hələ də sosial şəbəkədə qurumla bağlı paylaşımlara davam etməsidir.