319662634 823093505613354 6369476665036377071 n

Bu gün mədəniyyət naziri Anar Kərimov tanınmış və istedadlı heykəltaraşı, Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, nazir rəssamı Mədəniyyət Nazirliyinin kollektivi adından 95 illik yubileyi münasibətilə təbrik edib.

Anar Kərimov uzun illər ərzində Azərbaycan rəssamlıq və heykəltəraşlığının təbliği və inkişafında göstərdiyi xidmətlər və gördüyü əvəzsiz işlər üçün ona dərin təşəkkürünü bildirib, həmçinin “Şuşa 270” döş nişanı ilə təltif edib.

Qeyd edək ki, bu gün mediada Anar Kərimovun vəzifəsindən azad olunması ilə bağlı xəbərlər yayılmışdı.

63a34345c7f2463a34345c7f25167164397363a34345c7f2263a34345c7f23 63a34345b00c863a34345b00c9167164397363a34345b00c663a34345b00c7

Paylaş: