Ərazilərimizi minalardan təmizləyəcək yeni texnika – FOTOLAR

Ərazilərimizi minalardan təmizləyəcək yeni texnika - FOTOLAR

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində ADEX 2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə sərgisi çərçisində “AqroDairy” tərəfindən ANAMA-ya təqdim olunan iki ədəd “Revival” mexaniki minatəmizləmə vasitəsi ilə tanış olub.

Globalinfo.az APA-ya istinadən bildirir ki, nazirə həmin texnikaların xarakteristikası, fəaliyyət sistemi və mexanizmləri barədə məlumat verilib.

Bildirilib ki, həmin texniki avadanlıq və vasitələr Azərbaycanın işğaldan azad olunan ərazilərindəki minatəmizləmə işlərinə cəlb olunmaqla, burada aparılan genişmiqyaslı bərpa-quruculuq fəaliyyətində iştirak edəcək.

Nazir sərgilənən minatəmizləmə texnikasına baxış keçirib, daha sonra isə Pakistanın V “ADEX-2024” sərgisindəki stendində adı çəkilən ölkənin Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşüb.

X X X

“Biz Azərbaycanın işğaldan azad olunan ərazilərindəki minatəmizləmə fəaliyyətinə töhfə verməkdən qürur duyuruq”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu “AgroDiary” şirkətinin icraçı direktoru Niyazi Əmirbəyov Bakı Ekspo Mərkəzində ADEX 2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə sərgisi çərçisində “AqroDairy” tərəfindən ANAMA-ya iki ədəd “Revival” mexaniki minatəmizləmə vasitələrinin təqdim olunması ilə bağlı mərasimdəki çıxışında bildirib.

O əlavə edib ki, rəhbəri olduğu şirkət bundan sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki bərpa və quruculuq işlərinə töhfə verməyə hazırdır:

“Biz bu gün iki ədəd minatəmizləmə texnikasının ANAMA-ya verilməsini təsdiqləyən sertifikatları imzalamaqdan, eləcə də işğaldan azad olunan ərazilərimizdəki məqsədyönlü işlərə töhfə verməkdən məmnunluq hissi keçiririk. Ümidvarıq ki, dövlətimiz Qarabağdakı minatəmizləmə fəaliyyətini uğurla başa çatdıracaq. Bu işdə faydalı olduğumuzu bilmək bizi bir şirkət olaraq çox sevindirir”.

Daha sonra tərəflər ianəni təsdiqləyən sertifikatları imzalayıblar.

ANAMA-ya "Revival" mexaniki minatəmizləmə vasitələri təqdim olunub ANAMA-ya "Revival" mexaniki minatəmizləmə vasitələri təqdim olunub ANAMA-ya "Revival" mexaniki minatəmizləmə vasitələri təqdim olunub