Ana qazi oğlundan 50 gün sonra vəfat etdi… – FOTO

Ana qazi oğlundan 50 gün sonra vəfat etdi... - FOTO

Mingəçevirdə 50 gün əvvəl vəfat etmiş Vətən müharibəsi qazisi Namaz Şirinovun anası da dünyasını dəyişib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərhum qazinin anası 1967-ci il təvəllüdlü Gülüstan Şirinova ötən gün tək yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, Namaz Şirinovun atası Birinci Qarabağ müharibəsi veteranı olub və bir neçə il əvvəl dünyasını dəyişib.

ana-qazi-oglundan-50-gun-sonra-vefat-etdi