Xaçmaz rayonunun Xudat şəhərində ananın öz övladına ağır xəsarətlər yetirdiyi deyilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Xəzər Xəbər” süjet yayımlayıb.
Məlumata görə, Qusar rayon sakini Səyyarə Qayıbova kirayə yaşadıqları mənzildə 7 yaşlı qızına ağır xəsarətlər yetirib.
Hadisə baş verən zaman ata evdə olmayıb. Xəsarət alan azyaşlının ailənin ən böyük övladı olduğu bildirilir.
Övladlarının oyun oynamasına əsəbiləşən ananın 7 yaşlı qızını dəmir parçası ilə döydüyü deyilir.
DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən ana sağlamlığı ilə bağlı xəstəxanaya yerləşdirilib.
Hazırda xəsarət alan azyaşlının müalicəsi Xaçmaz rayon Mərkəzi Xəstəxanasında davam edir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu isə bildirib ki, ailədəki digər uşaqların eyni aqibəti yaşamaq ehtimalı nəzərə alınaraq onlar da nəzarətə götürülüblər.
Ətraflı videomaterialda:
***17:46
“Anam məni dəmirlə vurub. Mən yatmışdım, qardaşım gəldi ki, oynayaq. Mən də ona cavab olaraq dedim ki, yatmışam, o da mənə qışqıraraq cavab verdi, anam da gəlib məni döydü”.
Globalinfo.az bildirir ki, bu sözləri APA TV-yə açıqlaması zamanı Xaçmaz rayonunun Xudat qəsəbəsinin Mahmud Əbilov küçəsində valideyni Səyyarə Qurbanova tərəfindən şiddət görən yeddi yaşlı Zəhra deyib.
Belə ki, anası ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisə nəticəsində xəstəxanaya yerləşdirilən azyaşlının vəziyyəti kafi olaraq qiymətləndirilir.
Daha ətraflı videomaterialda: