Sosial medianın uşaqlara vurduğu zərərə görə, Mark Zukerberqin “əlləri qana batıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə amerikalı senator Lindsey Qraham bildirib:
“Cənab Zukerberq, sizin və digər bütün şirkət rəhbərlərinin uşaqlara zərər vermək istəmədiyinizi bilirəm. Amma “əliniz qana batıb”. Çünki məhsulunuz insanları öldürür”, – deyə senator vurğulayıb.
Meta rəhbəri isə öz növbəsində bildirib ki, korporasiya sosial şəbəkələrin azyaşlı istifadəçilərini mümkün zərərdən qorumaq üçün tədbirlər görüb:
“Son səkkiz il ərzində biz 30-dan çox müxtəlif alət, resurs və funksiyalar təqdim etmişik ki, bu da valideynlərə yeniyetmələrin tətbiqlərimizdən istifadəsinə vaxt məhdudiyyəti qoymağa, onların kimləri izlədiyini görməyə imkanı verir. Şirkət 2023-cü ildə öz platformalarında uşaqların təhlükəsizliyinə 5 milyard dollardan çox sərmayə qoyub”, – deyə Zukerberq deyib.
İclasda iştirak edən bəzi şəxslər Zukerberqin sözlərindən öz narazılıqlarını ifadə ediblər.
Əliyar Xəlil,














