Xlf7XQSkGv0

ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis Dövlət katibi Antoni Blinkenin Ukrayna və Rusiya ilə bağlı bəyanatını tənqid edib.

Globalinfo.az xəbər verir ki, amerikalı diplomat Qərb ölkələrinin və Ukraynanın Rusiyaya qalib gələ biləcəyini açıqlayıb.

Amerikalı polkovnik Daniel Devis isə Blinkenin bu fikrini qeyri-adekvat və cəfəngiyyat adlandırıb.

“Rusiya güclənir, Qərb ölkələrinin Ukraynaya dəstəyi isə yorğunluq fonunda zəifləyir. Gündəlik taktiki əməliyyatlara baxmaq kifayətdir. Hər şey Rusiyanın xeyrinədir”, – Devis vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: