“Kuba hakimiyyəti kömək istəyir, Vaşinqton danışıqlara hazırlaşır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Heç bir Respublikaçı mənimlə uğursuz bir dövlət olan Kuba haqqında danışmayıb. Kuba kömək istəyib və biz danışacağıq. Ancaq tərəflərin harada və necə görüşəcəyi dəqiq deyil”, – ABŞ prezidenti vurğulayıb.
Xatırladaq ki, mayın 1-də ABŞ Prezidenti Kubaya qarşı bir sıra əlavə məhdudiyyətləri nəzərdə tutan sərəncam imzalayıb. Beləliklə, Tramp administrasiyası həm ABŞ vətəndaşlarına, həm də Kuba iqtisadiyyatının müəyyən sektorlarında iştirak edən əcnəbilərə qarşı əlavə sanksiyalar tətbiq etmək səlahiyyətinə malikdir. Sərəncamda xüsusilə enerji, müdafiə, mədənçilik, metallurgiya və maliyyə xidmətləri qeyd olunur.
Əliyar Xəlil