Bir qrup amerikalı general ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planını müzakirə etmək üçün Rusiyaya səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian”ın məqaləsində qeyd olunur.
Nəşrin məlumatına görə, səfər növbəti həftə sonu baş tutacaq. Lakin Ukraynanın Avropalı müttəfiqləri bu sülh planını qəti şəkildə dəstəkləmirlər.
Həmçinin ABŞ-ın planı qəbul etməsi, Avropanın isə razılaşmaması üçün hazırda Kiyevə təzyiq göstərdiyi bildirilir.
Əliyar Xəlil
Globalinfo.az