Qonşusu məşhur aktyoru güllələyərək öldürdü – Detallar

Qonşusu məşhur aktyoru güllələyərək öldürdü - Detallar

Amerikalı aktyor Conatan Cos Texasda qonşusu tərəfindən güllələnərək dünyasını dəyişib.

Globalinfo.az xəbər verir ki, bu barədə “TMZ” məlumat yayıb.

San Antonio Polis Departamentinin xəbərinə görə, Cos və qonşusu bazar günü gecə şəhərin cənub tərəfindəki bir evdə mübahisə edib.

Nəticədə adı açıqlanmayan şəxs onu odlu silahla bir neçə dəfə vuraraq avtomobillə hadisə yerindən qaçıb:

“Cinayətkar evdən bir qədər aralıda tutulub. Hadisə yerinə gələn təcili yardımın səylərinə baxmayaraq, aktyor vəfat edib”.

Əliyar Xəlil
Globalinfo.az