ABŞ PUA-sı Qara dəniz üzərində göründü: Kreml panikaya düşdü

ABŞ PUA-sı Qara dəniz üzərində göründü: Kreml panikaya düşdü

ABŞ-ın “RQ-4 Global Hawk” tipli pilotsuz uçuş aparatı hazırda Qara dənizin neytral hava məkanında müşahidə uçuşları həyata keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.

Qeyd olunub ki, “FORTE10” çağırış işarəsi ilə uçan PUA Sevastopoldan Soçiyə qədər dövrə vuraraq kəşfiyyat aparır.

Dron Qara dənizə NATO-nun Siciliyada yerləşən Siqonella hərbi-hava bazasından qalxıb.

Qeyd edək ki, avqustun 29-da “Delfi” nəşri eyni tipli ABŞ PUA-sının Litva üzərində uçduğunu və RusiyaBelarus sərhədini izlədiyini yazmışdı. Daha sonra həmin aparat Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya, Polşa, Litva, Latviya və Estoniya üzərindən keçərək Finlandiyaya çatmışdı.

Tahir Turan
Globalinfo.az