“Meyxana Bakılılara, dağlılara daha çox aiddir”

Meyxana bir sub-mədəniyyətdir. Bakılılara, dağlılara daha çox aiddir. Razıyam ki, müasir meyxana çox bayağıdır. Mən şəxsən müasir meyxanada rəhmətlik Aydın Xırdalanlını çıxmaq şərtilə qulaq asmalı bir şey görməmişəm.

Globalinfo.az bildirir ki, bu sözləri tarix elmləri namizədi, dosent Altay Göyüşov deyib.

“Fəqət indi meyxananı tənqid edən şair-mairə, yazar-mazara baxıram, guya siz nəsə mənalı bir şey yazırsınız ki, yekə-yekə danışırsınız? Klişedən başqa bir şey yoxdur yazılarınızda. Təbii ki, siz fərqli sub-mədəniyyətin təmsilçilərisiniz, amma yazdıqlarınızda sosial, intellektual əhəmiyyətli “heşzad” yoxdur. Meyxanaya münasibətiniz ənənəvi bakılı-rayonlu söhbətinə daha çox oxşayır. Təzə məsələ deyil.

Meyxananın isə Əliağa Vahidi olub. Siz ona qulaq asın, qandığınız qrafa olmayacaq. Çünki savadınız-təhsiliniz çatmayacaq”, – Göyüşov deyib.

 Zaira Akifqızı, Globalinfo.az