“Şofer Əhməd”in qızı: “Qan qarnına dolub, vəziyyəti ağırdır”

“Atama aorta anevrizmasının partlaması diaqnozu qoyulub. Anevrizma partlayan zaman isə bütün qan qarın boşluğuna dolur. Bu səbəbdən də gecə təcili əməliyyat olundu”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Əməkdar artist Elxan Qasımovun qızı deyib.

O, atasının hazırda reanimasiyada olduğunu bildirib:

“Çoxlu qan itirdiyinə görə müalicə gedir. Orqanlar uzun müddət cansız qaldığı üçün funksiyalarında dəyişiklik olub. Əsas məsələ əməliyyatdan sonrakı müalicədir. Atamın vəziyyəti ağır olaraq qalır”.

Qeyd edək ki, kinorejissor, aktyor, Əməkdar artist Elxan Qasımov özəl xəstəxanaların birində müalicə alır. Dünən Mədəniyyət Nazirliyi Əməkdar artistin səhhəti ilə bağlı məsələni nəzarətə götürdüyü barədə məlumat yayıb.

Zaira Akifqızı
Globalinfo.az