Qazaxıstandan Bayramov-Mirzoyan görüşü haqda bəyanat

Ermənistan və Azərbaycan Almatıda danışıqlarda iştirak edəcəyini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in açıqlamasında deyilir.

Belə ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Mirzoyan və Bayramov arasında Almatıda görüş barədə razılığın olduğunu təsdiqləyib.

Qeyd edək ki, iki ölkə arasında danışıqların Qazaxıstanda aparılması ideyası Ermənistan və Azərbaycana son səfərləri zamanı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev tərəfindən irəli sürülüb.

Əliyar Xəlil
Globalinfo.az