Almaniyalı sabiq nazirdən ETİRAF: “Qorbaçov “möcüzə” idi, Putin isə…”

Almaniyanın sabiq xarici işlər naziri Yoşka Fişer  SSRİ rəhbəri olmuş Mixail Qorbaçovu “möcüzə” adlandırıb.

Globalinfo.az xəbər verir ki, keçmiş nazir Almaniya hökumətinin Putindən gələn təhlükəni lazımi səviyyədə qiymətləndirmədiyini etiraf edib.

Fişer bu barədə “Augsburger Allgemeine” qəzetinə müsahibəsində fikir səsləndirib:

“Mixail Qorbaçov adlı bir möcüzə var idi. Amma biz öz fürsətimizdən lazımı səviyyədə istifadə edə bilmədik. 20-ci əsrin ən pis geosiyasi fəlakəti SSRİ-nin dağılması idi. Bunu ciddi qəbul etmədik. Nəticə etibarı ilə bu gün Tomas Hobbs və onun “Hamının Hamıya qarşı Müharibəsi” nəzəriyyəsi ilə üz-üzəyik. Biz buna uyğunlaşmalı olacağıq”, – deyə alman siyasətçi vurğulayıb.

Fişer hesab edir ki, Almaniyanın Rusiya ilə əvvəlki münasibətlərini bərpa etmək, eləcə də Ukraynada müharibəyə son qoymaq çətin olacaq:

“Biz Rusiya ilə bütün əlaqələri kəsməkdən danışmırıq. Ancaq indiki Rusiya hökumətinə zərrə qədər də olsa inam yoxdur. Bu inamı bərpa etmək isə çox çətin olacaq. Rusiya Avropa üçün ciddi problem olaraq qalacaq. Vladimir Putinin imperiya ambisiyalarına görə, onunla gələcəkdə kompromis tapmaq çox çətindir”, – deyə Yoşka Fişer fifkirlərini tamamlayıb.

Əliyar Xəlil,

Globalinfo.az