Almaniyaya məxsus şirkət Ukraynaya süni intellekti dəstəkləyən robotlar tədarük edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Defence Blog” məlumat yayıb.
“ARX Robotics” müdafiə şirkəti pilotsuz platformaların kütləvi istehsalına başlayıb. İstehsal edilən avadanlıqdan 30 ədədi fevralın əvvəlində Ukraynaya tədarük ediləcək”, – deyə paylaşımda bildirilir.
Yerüstü dronlar yüklərin daşınması və yaralıların təxliyəsini həyata keçirəcək. Nəqliyyat vasitəsi 500 kiloqrama qədər yükdaşıma qabiliyyətinə malikdir, 40 kilometrə qədər məsafə qət edə bilir.
Əliyar Xəlil
Globalinfo.az














