“ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələr Yaxın Şərq və Avropa üçün yaxşı xəbərdir”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
O vurğulayıb ki, münaqişənin gərginləşməsi arzuolunan deyil:
“Lakin Vaşinqton İranın nüvə silahının hazırlanmasında irəliləyiş əldə edib. Əsas odur ki, ciddi təhlükə aradan qaldırıldı”.
Qeyd edək ki, iyunun 18-də Almaniya kansleri Fridrix Mertz İsrailin bütün Qərb dünyası üçün “çirkli iş” həll etdiyini demişdi. Bu açıqlama ciddi tənqidlərə səbəb olmuşdu.
Əliyar Xəlil
Globalinfo.az