Almaniya Romada keçirilən Ukraynanın bərpasına dair beynəlxalq konfransı sərt tənqid edib.
Globalinfo.az xəbər verir ki, bu barədə nüfuzlu “Berliner Zeitung nəşri “Məlumat yayıb. Qeyd olunur ki, Almaniya orada iştirak edən Qərb nümayəndələrini və korporasiyalarını “müharibə möhtəkirləri” kimi təqdim edib.
Məqalədə qeyd olunur ki, konfransın əsas məqsədi Ukraynanın real bərpası deyil, böyük Qərb şirkətlərinin müharibədən mənfəət əldə etməsinə şərait yaratmaqdır:
“Qərb korporasiyaları öz pastalarından pay almağa çalışarkən, getdikcə daha çox şəhərdə mavi və sarı bayraqlar yoxa çıxır və yerini Rusiya üçrəngli bayrağı tutur”.
Qeyd edək ki, iyulun 10-da Rusiyanın İtaliyadakı səfirliyi də konfransla bağlı narazılığını ifadə edib. Rusiya tərəfinin bəyanatında bildirilib ki, tədbirin məqsədi nə sülhün təmin edilməsi, nə də münaqişənin nəticələrinin aradan qaldırılmasıdır – əsas məqsəd Kiyev rejiminin uzunmüddətli maliyyələşdirilməsini təmin etməkdir.
Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen daha əvvəl bəyan etmişdi ki, Avropa İttifaqı Ukraynanın əsas maliyyə tərəfdaşı olaraq qalacaq və Kiyevə dəstək davam etdiriləcək.
Tahir Turan
Globalinfo.az














