Almaniyada naməlum şəxs xəstəxanada insanları girov götürdü

Almaniyanın Axen şəhərində naməlum silahlı şəxs “Luisen” xəstəxanasında bir neçə nəfəri girov götürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Polis hadisə yerinə cəlb olunub, ərazi mühasirəyə alınıb, küçələr bağlanıb Xəstəxana ərazisində xüsusi əməliyyat keçirilir.

Hadisəni törədən şəxsin məqsədi barədə məlumat verilməyib.