Almaniyanın Arnştadt şəhər aeroportunda uçuş-eniş zolağında kirpinin peyda olması səbəbindən təyyarə yarım saatdan çox uça bilməyib.
Globalinfo.az APA-ya istinadən məlumat verir ki, Aviadispetçer xidmətinin iki əməkdaşının birgə səyi ilə kirpini çətinliklə də olsa, uçuş-eniş zolağından uzaqlaşdırmaq mümkün olub.
Yalnız bundan sonra təyyarə havaya qalxa bilib.