Almaniya və Norveçdən Ukraynaya dəstək

Almaniya və Norveçdən Ukraynaya dəstək

Almaniya və Norveç Ukraynaya əlavə “Patriot” zenit-raket kompleksləri təqdim edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, təşəbbüsə görə ABŞ, Almaniya və Norveç rəhbərlərinə təşəkkür edib.

Zelenskinin sözlərinə görə, Almaniya Ukraynaya iki, Norveç isə bir “Patriot” sistemi verəcək. Bu, Ukraynanın hava hücumlarından müdafiə imkanlarını artırmaq məqsədi daşıyır.

Eyni zamanda ABŞ Prezidenti Donald Tramp da Ukrayna ilə bağlı yeni razılaşmaları açıqlayıb. O, ABŞ və Avropa İttifaqının silah tədarükü üzrə əməkdaşlıq edəcəyini bəyan edib.

Tramp əlavə edib ki, yaxın günlərdə Ukraynaya 17 ədəd “Patriot” sistemi veriləcək və ABŞ bu sistemlərin əvəzində tərəfdaş ölkələrə yeni müdafiə texnikası təqdim etməyə hazırdır. Tədarükün koordinasiyası NATO-nun Amerika Daimi Nümayəndəsi Metyu Uitaker tərəfindən həyata keçiriləcək.

Tahir Turan
Globalinfo.az